Premyer Liqanın 17-ci turunda sürpriz şəkildə «Qarabağ»a 2:0 hesabıyla qalib gələn «Kəpəz»in qazancı məlum olub.
Suraxanıda keçirilən matçda «köhlən atlar»ı üstələyən komandanın üzvlərinin hər birinə 2500 manat mükafat ödənilib.
Futbolçuların gözlədiyi isə bu məbləğ deyilmiş. «Sarı-göylər» əlavə olaraq 500 manat istəsələr də, onlara izah edilib ki, büdcə buna imkan vermir.
12 xala malik kollektiv hazırda turnir cədvəlinin 11-ci pilləsindədir. Nizami yurdunun təmsilçisi son sıradakı «Karvan»ı 6 xal qabaqlayır.
SPORTİNFO.AZ

