Azərbaycan klubu FİFA-ya şikayət məktubu göndərdi, cəza və kompensasiya tələb etdi

10:40 Kəpəz 330
Azərbaycan klubu FİFA-ya şikayət məktubu göndərdi, cəza və kompensasiya tələb etdi

"Kəpəz" FİFA-ya müraciət edib.

Gəncə klubu dekabrın üçüncü yarısında ölkəsinə yola saldığı Jefferson Bentudan şikayətçidir.

"Sarı-göylər" Azərbaycana qayıtmaqdan imtina edən braziliyalı müdafiəçinin cəzalandırılmasını tələb etməklə yanaşı, onun kompensasiya ödəmsəsini istəyib.

"Kəpəz" məktubda göstərib ki, ötən miüddət ərzində legionerlə dəfələrlə əlaqə saxlanılıb, geri dönməsi üçün danışıqlar aparılıb, lakin qarşı tərəf heç bir səbəb göstərmədən problemin həllindən yayınıb.

22 yaşlı cənubi amerikalı son olaraq "Portimonense"də çıxış edib. O, Portuqaliyanın ikinci liqa klubundan 1 illik icarəyə götürülüb.

"Kəpəz" 193 sm boya malik "sambaçı"nın hərəkəti barədə "Portimonense"ni də məlumatlandırdığını FİFA-nın diqqətinə çatdırıb.

Məktubda qeyd olunub ki, mərkəz müdafiəçisi Portuqaliya klubu Jeffersonu Azərbaycana qaytarmaq yolunda konkret cəhd göstərməyib.

SPORTİNFO.AZ

Aradan çıxan legionerə verilən möhlət bu gün bitir:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!