"Kəpəz”lə vidalaşmaq və bu klubdakı səhifəni bağlamağın vaxtı çatdı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Kəpəz”lə yollarını ayıran Pedro Qomeş şəxsi “Instagram” hesabındakı paylaşımda qeyd edib.
Portuqaliyalı müdafiəçi “sarı-göylər”lə vidalaşaraq, Gəncə şəhərində keçirdiyi müddətə görə komanda yoldaşlarına, məşqçi heyətinə və azarkeşlərə təşəkkür edib:
“Gəncə şəhərində bu anları mənimlə bölüşən bütün komanda yoldaşlarıma, məşqçi heyətinə və azarkeşlərə təşəkkür etmək istəyirəm.
Bu mövsüm “Kəpəz”in rənglərini qorumaq və bu formanı geyinmək mənim üçün böyük şərəf idi. Gələcəkdə hər kəsə ən yaxşısını arzulayıram”.
Mövsümün əvvəlində “Kəpəz”ə transfer olunan Pedro Qomeşin müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib.


