“Yalandan tərifləmək olmur, düzünü deyəndə də…”

26 Yanvar 23:40 Kəpəz 133
“Yalandan tərifləmək olmur, düzünü deyəndə də…”

“Yalandan tərifləmək olmur, düzünü deyəndə də kiminsə qəlbinə toxunmuş ola bilərəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev deyib.

O, “mətbuatdan, jurnalistlərdən, müsahibə verməkdən uzaq gəzməyinizin xüsusi səbəbi varmı” sualına cavabında aşağıdakıları söyləyib:

“Nə gizlədim, tanımadığım nömrələrə cavab vermirəm. Bəlkə də onların arasında jurnalistlər olub.

Məsələn, sizin adınız telefonumun yaddaşında var deyə, dəstəyi qaldırdım. Hiss etmişdim ki, ad günü təbrikinə görə zəng etmisiz.

Müsahibə deyəndə, bir az duruxdum, açığı, həvəsli deyildim. Çünki “Kəpəz”lə, futbolla bağlı danışmaq istəmirəm.

Nəsə deyərəm, yanlış anlayarlar, düşünərlər ki, Mehman öz xeyrinə danışır, yaxud kimisə bəyənmir. İndiyə qədər heç vaxt müsahibələrimdə kiminsə xətrinə dəyəcək, yerini dar edəcək söz deməmişəm, demərəm də.

Müsahibə də elədir ki, istər-istəməz elə sual verirlər, məndən cavab gözləyirlər”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!