“Qarabağ”a ciddiyyətlə yanaşdıq və qələbə qazanan tərəf biz olduq”

02:50 Kəpəz 91
“Qarabağ”a ciddiyyətlə yanaşdıq və qələbə qazanan tərəf biz olduq”

"Yaxşı hazırlaşdıq və nəticədə qələbə qazanan tərəf biz olduq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Ehtiram Şahverdiyev Misli Premyer Liqasının 17-ci turunda "Qarabağ" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edərkən deyib.

Yarımmüdafiəçi əvvəlcə bütün azarkeşləri təbrik edib və komandanın bu qələbəyə böyük ehtiyacı olduğunu vurğulayıb.

O, rəqibin gücünü etiraf edərək "Qarabağ"ın həm taktiki, həm də texniki baxımdan formalaşmış və güclü komanda olduğunu qeyd edib.

Şahverdiyev güclü rəqiblə qarşılaşmalarına baxmayaraq matça digər oyunlar kimi ciddi hazırlaşdıqlarını və məqsədlərinin maksimum nəticə qazanmaq olduğunu bildirib:

"Hər oyuna hazırlaşdığımız kimi bu qarşılaşmaya da eyni ciddiyyətlə yanaşdıq. Yaxşı hazırlaşdıq və nəticədə qələbə qazanan tərəf biz olduq.

Buna görə çox sevincliyik. Bizi dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirəm".

Ehtiram Şahverdiyev matçın 55-ci dəqiqəsində komandasının ikinci qolunun müəllifi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!