Nəhayət, qırıldı... Bu da “Qarabağ”ın başına gəldi!

01:20 Kəpəz 81
Nəhayət, qırıldı... Bu da “Qarabağ”ın başına gəldi!

“Kəpəz” “Qarabağ”la çempionat oyunlardakı qələbəsizliyə son qoyub.

Sportinfo.az xəbər verir ki, Gəncə klubu Misli Premyer Liqasının 17-ci turunun səfər matçında 2:0 hesabı ilə qalib gəlib.

Son qələbəsini 2002-ci il aprelin 6-da, evdə 3:0 hesabı ilə qazanan “Kəpəz” 37 qarşılaşmadan ibarət seriyanı qırıb.

Bu, Azərbaycan çempionatlarının yüksək dəstəsində iki komanda arasındakı duellərdə ən uzun qələbəsizlik seriyasıdır.

Bu görüşlərdən 30-da “Qarabağ” qalib gəlib, 7-si heç-heçə nəticələnib. Təxminən 24 ildən sonra rəqibinə qalib gələn “Kəpəz” 8694 gündən sonra bunu bacarıb.

Qərb təmsilçisi “Qarabağ” üzərində son səfər qələbəsini isə 9786 gün əvvəl – 1999-cu il aprelin 10-da əldə etmişdi – 2:0. Sonrakı 24 səfərdə 4 heç-heçə edən qərblilər 20 dəfə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!