Premyer Liqada 2026-cı ilin ilk hesabat həftəsi sensasiya ilə açıldı.
Çempionatda qalmaq msücadiləsi verən «Kəpəz» Suraxanıda «Qarabağ»ı məğlub etməyi bacardı.
Gəncə təmsilçisi hər hissədə vurduğu bir qolla Suraxanıdan 3 xalla ayrıldı. «Sarı-göylər»in rəhbərliyi gözlənilməz nəticəyə etinasız qalmayıb.
Komanda üzvlərinə böyük miqdarda mükafat fondu ayrılıb. Əsas heyətdə yer alanların hər biri 3000 manat alacaq.
Azər Bağırovun çalışdırdığı kollektiv son çempion üzərində qalibiyyətə görə xallarının sayını 12-yə çatdırıb. İndi onlar turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıblar.
SPORTİNFO.AZ

