"Neftçi"nin sabiq oyunçusu üçün 1 qəpik vermədilər, müqaviləni rəsmiləşdirdilər

22 Yanvar 11:40 Kəpəz 2 842
"Neftçi"nin sabiq oyunçusu üçün 1 qəpik vermədilər, müqaviləni rəsmiləşdirdilər

"Kəpəz" bu gün daha bir transferini rəsmiləşdirib.

Gəncə təmsilçisi Rəhman Hacıyevi heyətinə qatıb.

32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Razılaşmaya əsasən, o, gələn sezonu da burada keçirə bilər. Bunun üçün "sarı-göylər"in Premyer Liqada yerini qoruması şərtdir.

Mövsümün ilk yarısında "Səbail"in formasını geyinən "Bakı"nın yetirməsi buradan sərbəst ayrılıb. I Liqa mənsubu ilə ilyarımlıq müqaviləsinin olmasına baxmayaraq.

Bu, onunla "dənizçilər" arasında anlaşmaya söykənir. Belə ki, "Neftçi"nin sabiq orta sahə oyunçusu ötən ilin yayında "Səbail"lə anlaşarkən, kontrakta xüsusi bənd əlavə elətdirib.

Həmin bəndə əsasən, ona elitadan real təklif gələrsə, klub təzminat tələb etməyəcək. "Kəpəz" də məhz indi bu frsətdən beləcə yararlanıb.

Premyer Liqada qalmaq dərdi çəkən gəncəlilər Hacıyevdən əvvəl iki nəfərlə sövdələşib. Bunlar Veysəl Rzayev və Mate Abuladzedir.

SPORTİNFO.AZ

Rəhman Hacıyev "Kəpəz"də

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!