Azər Bağırov “Kəpəz” üçün 10 gəncəli tapdı - FOTO

22 Yanvar 08:50 Kəpəz 2 189
Azər Bağırov “Kəpəz” üçün 10 gəncəli tapdı - FOTO

“Kəpəz”in qış təlim-məşq toplanışı çərçivəsində keçirdiyi 2 yoxlama görüşü komanda üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, klubun yaydığı məlumata görə, baş məşqçi Azər Bağırov bu qarşılaşmalarda “Kəpəz”in 10 yetirməsinə şans verib.

“Sarı-göylər”in yetirmələrindən qapıçı Elgün Bayramov, müdafiəçilər Arzu Atakişiyev, Ümid Səmədov, yarımmüdafiəçilər Fərid Kələntərov, Amur Yusifov, Raul İsaqov, Nihad İsaqov, hücumçular Şahnur İsmayılov, Sadiq Şəfiyev və Elxan Məmmədov meydana daxil olublar.

Baş məşqçi Azər Bağırov oyunlardan sonra akademiyadan dəvət olunan futbolçuların gələcəkdə əsas komandanın real namizədləri olacağına inandığını da xüsusi olaraq vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!