“Premyer Liqada qalmaq tapşırığının öhdəsindən gələcəyik“

19 Yanvar 23:00 Kəpəz 182
“Premyer Liqada qalmaq tapşırığının öhdəsindən gələcəyik“

“Hazırlıq prosesi plan üzrə gedir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Azər Bağırov deyib.

Gəncə təmsilçisinin çalışdırıcısı komandanın qış fasiləsindəki hazırlıq prosesini qiymətləndirib:

“ Fiziki hazırlıqla yanaşı, taktiki və psixoloji məqamlara da xüsusi diqqət ayırırıq. Futbolçuların məşqlərə münasibəti qənaətbəxşdir. T

oplanış çərçivəsində yoxlama oyunları da keçirdik. Qarşıdakı rəsmi matçlara daha balanslı, daha intizamlı və daha inamlı çıxmaq istəyirik.

Əlimizdən gələni edirik. Əminəm ki, turnir cədvəlində təhlükəli zonadan tezliklə uzaqlaşacaq və Premyer Liqada qalmaq tapşırığının öhdəsindən gələcəyik“.

“Kəpəz” qış fasiləsinə 10-cu pillədə yollanıb. “Sarı-göylər”in aktivində 9 xal var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR