“Neftçi”də tanınan yerli oyunçu yenidən Premyer Liqada - SON DƏQİQƏ

19 Yanvar 09:00 Kəpəz 5 084
“Neftçi”də tanınan yerli oyunçu yenidən Premyer Liqada - SON DƏQİQƏ

«Kəpəz» qış fasiləsində üçüncü transfer əməliyyatını başa vurub.

Premyer Liqada qalmaq uğrunda mübarizədə geri düşmək istəməyən «sarı-göylər» Rəhman Hacıyevi sıralarına qatıb.

Mövsümün ilk yarısını I Liqada - «Səbail»də keçirmiş yarımmüdafiəçi ilə anlaşma əldə olunub.

«Bakı»nın yetirməsiylə 5 aylıq müqavilə imzalanıb. Gəncə təmsilçisi elitada yerini qoruyarsa, sabiq «Neftçi»li ilə kontrakt avtomatik olaraq daha 1 il uzadılacaq.

«Kəpəz» geridə qalan günlərdə iki oyunçu ilə münasibətlərini rəsmiləşdirib.

Yarımmüdafiəçilər - «Turan Tovuz»dan Veysəl Rzayev və “Samqurali”dən Mate Abuladze komandanın sıralarına qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar