«Kəpəz» ilə Dito Paçulya arasında anlaşma əldə olunmayıb.
Bu barədə klubdan redaksiyamıza məlumat verilib.
“Samqurali“dən gələn Mate Abuladze ilə 1,5 illik müqavilə imzalayan Gəncə təmsilçisi bu dəfə Dito Paçulyaya dəvət göndərib.
“Sarı-göylər“ 23 yaşlı hücumameylli yarımmüdafiəçiyə 5 ay+1 illik kontrakt təklif edib.
Fəqət, “Kəpəz“in ödəmək istədiyi maaş Ditoya az gəlib. Bu səbəbdən başqa varianta üz tutub.
O, yerli “Saburtalo“nun yetirməsidir.
Hər iki cinahda oynamağı bacaran Dito karyerası ərzində “Qaqra“, “Dinamo“ (Tbilisi) və “Samtrediya“nın formasını geyinib. Ötən 1 il ərzində isə Batumi “Dinamo“sunun şərəfini qoruyub.
Premyer Liqada qalmaq mücadiləsi verən “Kəpəz“ qış fasiləsində hələlik iki keçid reallaşdırıb. Mate Abuladze ilə yanaşı, “Turan Tovuz“dan Veysəl Rzayev kollektivə qoşulub.
SPORTİNFO.AZ

