«Kəpəz» daha bir gürcüstanlı legioneri sıralarına qata bilər. “
Samqurali“dən gələn Mate Abuladze ilə 1,5 illik müqavilə imzalayan Gəncə təmsilçisi bu dəfə Dito Paçulyaya dəvət göndərib.
“Sarı-göylər“ 23 yaşlı hücumameylli yarımmüdafiəçiyə 5 ay+1 illik kontrakt təklif edib.
O, yerli “Saburtalo“nun yetirməsidir.
Hər iki cinahda oynamağı bacaran Dito karyerası ərzində “Qaqra“, “Dinamo“ (Tbilisi) və “Samtrediya“nın formasını geyinib. Ötən 1 il ərzində isə Batumi “Dinamo“sunun şərəfini qoruyub.
Premyer Liqada qalmaq mücadiləsi verən “Kəpəz“ qış fasiləsində hələlik iki keçid reallaşdırıb. Mate Abuladze ilə yanaşı, “Turan Tovuz“dan Veysəl Rzayev kollektivə qoşulub.
SPORTİNFO.AZ

