Bölgə klubunda qəribə hadisə - Görün, baş məşqçini sevindirmək üçün hansı addım atıldı!

16 Yanvar 22:20 Kəpəz 253
Bölgə klubunda qəribə hadisə - Görün, baş məşqçini sevindirmək üçün hansı addım atıldı!

"Kəpəz" qış fasiləsində ilk əcnəbi transferini reallaşdırıb.

Bölgə klubu gürcüstanlı müdafiəçi Mate Abuladze ilə gücləndirib.

25 yaşlı futbolçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

1 legioner transferi baş məşqçi Azər Bağırovun ilk gündən "Kəpəz" rəhbərliyinin qarşısına qoyduğu tələb idi.

Amma vədin yerinə yetirilməsi heç də asan başa gəlməyib.

Hətta qış fasiləsinin ilk günlərində rəsmilər çalışdırıcıya "bizi bağışla, legioner transferi olmayacaq" deyiblər.

Səbəb isə maliyyə problemləri göstərilib.

Bəs nə dəyişdi?

Komanda 5-ci əcnəbi ilə yolları ayırmaqla Bağırovun istəyini həyata keçirə bilib.

Klesus Donqo ilə uzun sürən danışıqlarda müsbət nəticə əldə olunub.

Fil Dişi Sahilindən olan cinah müdafiəçisi 2 aylıq təzminat qarşılığında getməyə razılaşıb.

Bu da son deyil, ən azı daha bir legionerin yola salınması planda var.

Məhz gedənlərin maaşı ilə yeni transferi həyat keçirmək mümkün olub.

Bir sözlə, Azər Bağırovun 1 əcnəbi transferinə görə köhnə 5-nin yola salınmasına "ok" deyib.

Görün, ötən yay "Kəpəz"ə hansı səviyyədə əcnəbilər gətirilibmiş...

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?