
Adil Şükürovla «Kəpəz»in yolları dünən rəsmən ayrıldı.
Tərəflər 2+1 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Altı aylıq təzminat qarşılığında iş yerini tərk edən baş məşqçiyə bütün köməkçiləri qoşulmayıb.
Əsas yardımçısı İlyas Qurbanov və analitik Elmir Hüseynov Gəncə təmsilçisi ilə vidalaşıb.
İkinci köməkçi Zaur Əsədov və qapıçılarla işləyən Vüqar Məmmədov buradakı fəaliyyətini davam etdirməyi üstün tutub.
Şükürov dünən Bakıdan Gəncəyə yollanıb və kirayə qaldığı evi təhvil verib. həmçinin klubun bazasındakı əşyalarını toplayaraq geri dönüb.
SPORTİNFO.AZ