Limiti tükənir, onu istefadan az bir vaxt ayırır…

09:40 Kəpəz 190
Limiti tükənir, onu istefadan az bir vaxt ayırır…

Bu gedişlə Adil Şükürovu «Kəpəz»dən bir və ya bir neçə həftə ayırır.

Doqquz aydan sonra geri qayıtmış baş məşqçinin növbəti dəfə buranı tərk etməsi çox inandırıcıdır.

Rəhbərlik ona 3 oyunluq möhlət verib.

Biri artıq getdi. Mövsümün dördüncü məğlubiyyətini «Araz-Naxçıvan»dan aldılar.

Qarşıdan isə «Qəbələ» və «Qarabağ»la matçlar gəlir və işdir-şayəd, bu oyunlarda uğursuzluq seriyasına son qoyulmasa, Şükürov Gəncəyə «əlvida» demək məcburiyyətində qalacaq.

«Araz»la oyun hazırkı baş məşqçinin yayda nə boyda səhvlərə yol verdiyini çuvaldan tam çıxardı. Seleksiya prosesində ciddi yanlışlar edib.

Ciddi, çox ciddi!

Ötənilki heyət bundan xeyli yaxşı idi. Adil Şükürov Azər Bağırovun formalaşdırdığı komandanı söküb yerindən ğəzə bina tikmək istəyib, amma qaş düzəldən yerdə vurub göz deşib.

Bağırovun yığdığı kontingent bu gün qalsaydı, 2-3 babat legioner də alınsaydı, «Kəpəz» deyə-gülə qələbələri sıralayırdı.

«Kəpəz» ilk üç turda miskin və çarəsiz qocaya bənzəyirdi. Əlində bir əsası çatışmayan qocaya.

O qocanın yerini «Araz»la oyunda nisbətən gənc - orta nəslin nümayəndələri tutdu sanki.

Tərpəniş oldu, dirəniş oldu, nəticə isə yenə olmadı. Ona görə ki, futbolçular bir-birini anlamır və tamamlamır.

Komanda şəkillənməyib.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 08:00 Leysan olacaq - Xəbərdarlıq