
Məlum olduğu kimi, “Kəpəz”in İdarə Heyətinin iclası keçirilib.
Görüşdə İdarə Heyətinin sədri Adil Vəliyev, üzvlər və baş məşqçi Adil Şükürov iştirak edib.
İclasda komandanın Azərbaycan Premyer Liqasının ilk üç turunda göstərdiyi nəticələr müzakirə olunub.
Klub rəhbərliyi kollektivin hər üç matçda məğlub olmasından narahatlığını ifadə edib və baş məşqçinin qarşısına növbəti üç tur ərzində komandanı toparlamağı hədəf olaraq qoyulub.
Bundan əlavə, iclasda bir sıra qərarlar qəbul olunub. Belə ki, Erkin İbrahimov şəxsi vəziyyəti ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib və İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini təkrar olaraq açıqlayıb.
İdarə Heyətinin sədri müraciəti qəbul edib və nəticədə Erkin İbrahimov İradə Heyətinin üzvülüyündən çıxarılıb.
Bu arada sosial mediada xəbərlər yayılıb ki, İdarə Heyətinin sabiq sədri, son 4 ayda əməliyyatlar üzrə direktor postunu tutan İlqar Nadiri də klubdan uzaqlaşdırılb.
İddia olunur ki, o, yeni rəhbərin təkidi ilə illərdir çalışdığı «Kəpəz»i tərk edib.
Əslində isə real vəziyyət 180 dərəcə fərqlidir.
Adil Vəliyev «Kəpəz»in ən çətin vaxtında bütün çətinliklərə sinə gərmiş, klubun yaşamasında müstəsna xid məti olmuş, onu Premyer Liqada saxlamış funksioneri burada saxlamaq istəyindədir və onunla sağollaşmağı ağlunun ucundan keçirmir.
Sadəcə və sadəcə…
İdarəçinin özü hələ tərəddüd içindədir. O, mövcud şərtlər daxilində çalışmağın perspektivini görmür, ya da az görür.
Bu üzdən şərtlər dəyişməsə, direktor vəzifəsi ilə vidalaşa biləcəyini yaxın çevrəsinin diqqətinə çatdırıb.
SPORTİNFO.AZ