TƏCİLİ! Sədr iclas keçirdi, baş məşqçiyə 2 oyunluq şans verdi

09:40 Kəpəz 1 932
TƏCİLİ! Sədr iclas keçirdi, baş məşqçiyə 2 oyunluq şans verdi

Premyer Liqanın ilk üç turunda məğlubiyyətlə üzləşən «Kəpəz»də gözlənilən hadisə baş verib.

Klub rəhbərliyi, nəhayət ki, toplantı keçirilib.

Gəncədə deyil, Bakıda təşkil olunan yığıncaq bir neçə saat davam edib.

Müşahidə Şurasının yeni sədri Adil Vəliyevin iştirakıyla gerçəkləşən məclisə Adil Şükürov da qatılıb.

Baş məşqçi «Sumqayıt»a 0:3, «Karvan»a 2:3 və «Zirə»yə 0:5 hesablı yenilgilərin səbəbləri barədə raport verib.

Çalışdırıcı komandanın hələ tamamilə formalaşmadığını, bəzi futbolçuların onun ümidlərini doğrultmadığını bildirib. Doqquz aydan sonra «sarı-göylər»in sükanı arxasına dönmüş mütəxəssis deyib ki, uğursuzluq zolağından çıxmaq üçün onlara vaxt lazımdır.

A.Vəliyev situasiyanı dəyişmək üçün zamanın az olduğunu söyləyib. Sədr baş məşqçiyə 2 turluq möhlət hüququ tanıyıb.

O, «Araz-Naxçıvan» və «Qəbələ» ilə qarşıdakı matçlarda minimum 4 xal qazanılmasını tələb kimi irəli sürüb.

Qəti şəkildə xəbərdarlıq eləyib ki, əgər komanda qarhısına qoyulan bu məqsədi yerinə yetirməsə, islahatlara başlayacaq. Vəliyev prosesə elə Şükürov və köməkçilərindən start verəcəyini gizlətməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti