Qaçırmayın! Azərbaycan futbolunda 7500 dollarlıq gülünc SÖHBƏT

5 Sentyabr 2025 21:00 Kəpəz 1 755
Qaçırmayın! Azərbaycan futbolunda 7500 dollarlıq gülünc SÖHBƏT

"Kəpəz"in qolkiperi Kasper Rosa ilə bağlı maraqlı informasiya əldə etmişik.

Belə ki, Polşalı legioner Gəncə klubundan öncə digər Premyer Liqa klubuna təklif edilib.

Söhbət "Karvan Yevlax"dan gedir.

Amma liqanın debütantı Rosanın keçidinə isti yanaşmayıb. Əsas səbəb isə futbolçuya görə tələb olunan yüksək maaşdır.

Avropalının aylıq məvacib istəyi 4500 dollar olub.

Ən qəribəsi odur ki, Rosa gedişatda "Karvan-Yevlax"a keçidinin alınmamasına görə sevinib.

O, qısa müddət keçmədən "Kəpəz"lə anlaşıb.

Özü də daha yüksək əməkhaqqı müqabilində.

31 yaşlı kiper Qərb təmsilçisində aylıq gəliri 7500 dollardır.

Arxada qalan 3 turda "Kəpəz" uduzub. Rosa isə bu matçlarda qapısından nə az, nə çox 11 qol buraxıb.

Onun ölkəsində daha çox ikinci və üçüncü liqalarda forma geyindiyini də xatırladaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti