Onların yeri çox görünür - Geridönüş buradan başlamalıdır

10 Sentyabr 23:00 Kəpəz 187
Onların yeri çox görünür - Geridönüş buradan başlamalıdır

Qapıçı komandanın yarısıdır deyiblər.

Təcrübədən keçən deyimdir.

Məsələn, son üç mövsüm "Kəpəz"in xilaskarı qapıçı olub.

2023/24 mövsümünə bölgə klubu belaruslu Vladislav Vasilyuçiklə başlamışdı. Çox ciddi səhvləri ilə yadda qalan kiperin yerinə qısa müddət sonra İqor Rodriqes gətirildi. Komandanın liqada qalmasında portuqaliyalının payı ən azı 50% idi. Amma mövsümün sonu onu komandada saxlamaq mümkün olmadı. Yaxşı təklif müqabilində ölkəni tərk etdi.

Ötən mövsüm İqorun missiyasını həmyerlisi Rojerio üzərinə götürdü.

26 yaşlı çərçivə qoruyucusu bəlkə də təkbaşına komandanı elitada saxladı.

Zaman-zaman inanılmaz seyvlərlə yadda qaldı. Hətta bir ara "Neftçi"nin belə transfer siyahısında adı yer alırdı.

Amma özü Gəncə təmsilçisində qalmağa isti baxırdı.

O da bir çox əcnəbilər kimi klubdan getməklə daxili çəkişmələrin qurbanına çevrildi.

Bu gün onun yerinə Kasper Rosa gətirilib.

Arxada qalan 3 turda polşalı qapıçı İqor və Rojerionun yoxluğunu çox hiss etdirir.

Komandanın buraxdığı 11 qoldan yarısında 31 yaşlı əcnəbinin ciddi səhvləri var.

Düzdü, bugünkü "Kəpəz"in problemləri saymaqla bitməz.

Amma düşdüyü durumdan xilas olmaq üçün çıxılacaq yolda start nöqtəsinin qapıdan başlamaq olduğu çox dəqiqdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 23:40 Unudulan milli maraqlar...
10 Sentyabr 18:10 Çək və bizə göndər!
10 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Sentyabr 04:10 "Proqnoz vermək olmur”
10 Sentyabr 02:00 "Neftçi"dən yeni satış