“Neftçi” yenə maaş ödəyəcək - İcarə müqaviləsinin o biri üzü

31 Avqust 2025 12:20 Kəpəz 1 840
“Neftçi” yenə maaş ödəyəcək - İcarə müqaviləsinin o biri üzü

"Kəpəz"in transfer çalışmaları çərçivəsində daha bir futbolçunu heyətinə cəlb etməsindən məlumatlısız.

Gəncə təmsilçisi "Neftçi"dən yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohorini icarəyə götürüb.

24 yaşlı oyunçu mövsümün sonuna kimi icarə əsasında "Kəpəz"in formasını geyinəcək.

Ryonosuke Ohori ötən mövsümün ilk yarısını “Transinvest”də (Litva), ikinci hissəsini isə “Neftçi”də keçirib.

Bakılılar iyunda müqaviləsini 2 il müddətinə uzatdığı asiyalıya görə yenə xərcə düşüb.

Aylıq maaşı 8000 dollar olan yaponiyalının pulunun bir hissəsi yenə onlar tərəfindən ödəniləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Fevral 18:10 Çək və bizə göndər!