"Məndə geri çəkilmək yoxdur"

30 Avqust 2025 23:50 Kəpəz 668
"Məndə geri çəkilmək yoxdur"

Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları davam edir. Səfərdə "Araz-Naxçıvan"ın qonağı olan "Qəbələ" 1:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze bunları qeyd edib:

"Əvvəlcə “Qarabağ”ı və keçmiş komandam “Kayrat”ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm.

Oyuna gəlincə, rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu mövsüm avrokuboklarda çıxış etdilər.

Artıq 3-cü oyundur ki, qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik. Bu, bir çox futbolçularımızın təcrübəsinin olmaması ilə əlaqədardır.

Amma məndə geri çəkilmək yoxdur. Çatışmayan cəhətlərimiz üzərində çalışacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti