
Adil Şükürov istefaya göndərilə bilər.
Belə ki, mövsümün startında alınan ardıcıl məğlubiyyətlər rəhbərliyin və azarkeşlərin səbrini daşırıb.
Əsas problem odur ki, göstərilən oyun da ürəkaçan deyil.
Köhnə-yeni baş məşqçi üçün son şans verilib.
Söhbət qarşıdan gələn "Zirə" ilə matçdan gedir.
Bölgə klubu "qartallar"la oyunda da müsbət nəticə qazana bilməsə, Şükürovla yollar ayrılacaq.
Xatırladaq ki, "Kəpəz" ilk iki turda öncə "Sumqayıt"a, ardınca "Karvan-Yevlax"a məğlub olub.
XANOĞLAN / SPORTİNFO.AZ