“Kəpəz”i bəyənmədi, Rumıniya klubuna keçdi

22 Avqust 2025 20:40 Kəpəz 1 477
“Kəpəz”i bəyənmədi, Rumıniya klubuna keçdi

“Səbail”dəki çıxışları ilə tanınan Pedro Nunu Avropada iş yerini dəyişib.

Portuqaliyalı yarımmüdafiəçi ötən mövsüm heyətində 32 oyun keçirib 5 qol vurduğu Polşa “Korona”sından ayrılıb.

O, karyerasını Rumıniyada davam etdirəcək. Pedro “Otselul”la 1 illik sözləşməyə qol çəkib.

Xəbəri təqdim etməyimiz boşuna deyil.

Belə ki, 30 yaşlı yarımmüdafiəçi ilə “Kəpəz” bu yay yaxından maraqlanırdı. Adil Şükürovun israrla sərəncamında görmək istədiyi Nunoya müraciət olunmuş, lakin o, Avropada oynamaq istədiyini bildirmişdi.

Universal yarımmüdafiəçi 2023/24 mövsümündə “Səbail”in şərəfini qorumaqla 34 matçda 11 qol və 7 assistlə yadda qalmışdı.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti