
«Kəpəz» rəhbərliyində ayrılıqlar davam edir.
Bu dəfə İlqar Nadiri əməliyyatlar üzrə direktor postu ilə vidalaşıb.
Altı ildən artıq müddətdə Gəncə təmsilçisini idarə etmiş təcrübəli funksioner öz istəyi ilə klubdan uzaqlaşıb.
Ötən üç mövsümdə «sarı-göylər»i Premyer Liqada saxlamağı bacarmış İ.Nadiri yeni yönətim gələndən sonra İdarə Heyətinin sədri vəzifəsini təhvil vermişdi.
Ondan qabaq isə Cabir İbrahimov icraçı direktor kreslosunu tərk eləmişdi. Azad Mustafayevin mətbuat xidmətinin katibliyindən getməsini də xatırladaq.
SPORTİNFO.AZ