Azərbaycanda haqqında çox danışılan məşhur futbol məkanından YENİ VİDEO

17 Avqust 2025 11:05 Kəpəz 1 720
Azərbaycanda haqqında çox danışılan məşhur futbol məkanından YENİ VİDEO

Gəncə şəhər stadionunda işlər tam sürətlə davam edir.

İki il öncə başlayan yenidənqurmanın əhəmiyyətli hissəsi artıq geridə qalıb.

Tribunaların bir hissəsinə oturacaqlar quraşdırılb. Skamyalar "Kəpəz"in rənglərinə bürünüb - sarı-göy.

Növbəti mərhələdə meydançada iş görüləcək. Yəqin ki, qazon süni olacaq.

Çünki stadionun sentyabrın 28-də başlanacaq 3-cü MDB Oyunlarının açılışına qədər istifadəyə verilməsi nəzərdə tutulub.

Böyük ehtimalla, arena ovaxtadək hazır vəziyyətə gətiriləcək. Çünki inşaat briqadaları burada gecə-gündüz çalışır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti