Çox adam xahişini etdi, yenə klubda saxlanılmadı

19:40 Kəpəz 397
Çox adam xahişini etdi, yenə klubda saxlanılmadı

«Kəpəz»də ayrılıqlar davam edir.

Mətbuat katibi Azad Mustafayevin ardınca, Cabir İbrahimov da klubla vidalaşıb.

Uzun illərdir burada çalışan funksionerə yeni vəzifə verilməyib.

Son olaraq icraçı direktor postunu tutan İbrahimov yeni rəhbərliyin qərarıyla görəvdən alınıb. Onunla bərabər, bəzi əməkdaşlar da «sarı-göylər»lə sağollaşmalı olub.

İbrahimov müəyyən fasilələrlə 10 ildən artıq idi ki, «Kəpəz»ə bağlı idi. Ötən müddətdə müxtəlif vəzifələr tutan idarəçinin indən sonra başqa sahədə özünü sınaması lazım gələcək.

Gəncənin bir sıra tanınmış şəxsləri onun klubda saxlanılması üçün sponsorlara müraciət etsə də, istəkləri yerinə yetirilməyib.

Belə deyək, onun bir də nəvaxtsa «Kəpəz»ə dönüşü artıq mümkün görünmür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 20:20 Elmar Baxşıyev fərqi...