Braziliyalı müdafəıçi Portuqaliyalını Azərbaycana dəyişdi

14 Avqust 00:50 Kəpəz 516
Braziliyalı müdafəıçi Portuqaliyalını Azərbaycana dəyişdi

Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə təmsilçisinə keçib. 22 yaşlı legionerə bir illik müqavilə imzalanıb.

Cefferson son olaraq Portuqaliyada “Portimonense”nin formasını geyinib. Masiel Bentu 2024/2025-ci illər mövsümündə Portiman şəhəri təmsilçisinin heyətində 14 oyun keçirib.

"Kəpəz" daha öncə Şakir Seyidov (son klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta", Portuqaliya), Adama Fofana (son klubu “Adanaspor”, Türkiyə), Otar Aptsiauri (son klubu "Dinamo", Gürcüstan), Kaçper Rosa (son klubu "Motor", Polşa), Fərid Nəbiyev (son klubu "Səbail"), Olavale Onanuqa (son klubu "Bnei Yehuda", İsrail), Vitor Feijaonu (son klubu "Sentral Kost Mariners", Avstraliya) transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu