
Sona vur-tut 6 tur qaldı.
Gözümüzü yumub-açacağıq, bu vaxt da gəlib keçəcək.
Buyurun, fərq artıq 8-ə yüksəldi.
«Kəpəz» üçüncü dəfə kəfəni yırtdı. Axır üç mövsümdə ölüm-dirim savaşı verən «Kəpəz» növbəti «futbol ili»ni də Premyer Liqada qeyd edəcək.
Azər Bağırovin işinə heç kim qiymət verə, onu çək-çevir edə bilməz. Bir nəticədən savayı. O da ki, var.
Komandanı 0 xaldan, «Səbail»in 7 xal gerisindən götürüb çempionatda saxlayan baş məşqçinin ayaqları altında əmilməmiş quzu kəsilməlidir. Özü də düz Nizami məqbərəsinin yaxınlığında.
Bunu Tərlan Əhdmədov və Adil Şükürov üçün etmədlilər, barı, ondan ötrü etsinlər. Hələ bir ondan soruşsunlar ki, nə fikirləşirsiz, bizimlə yola davam eləmək istərdizmi?
Nə bilmək olar, bəlkə «yox» söyləcəyək?
İndidən danışıqlara start verilməlidir. Hər halda real təklifləri olmamış deyil. Sabah sorağını iddialı klublardan birindən alsalar, dizlərinə döyməsinlər.
«Kəpəz»in «Araz-Naxçıvan»la oyununa iki göz istədi tamaşa etsin. Gəncəlilər bürünc medala ən real namizəddən baxımlı futbol sərgilədi.
Digərlərini undun, yalnız Camal Cəfərovu göz önünə gətirin. «Sabah»dan icarəyə götürülmüş bu gənc ayağına gələn fürsətləri dəyərləndirsəydi, «Kəpəz» Tovuzdan böyükhesablı qələbə ilə dönmüşdü.
Komandanın qola getməsi baş məşqçinin faydalı işidirsə, topun qapıya getməməsi futbolçunun səviyyəsinin aşağı olmasıdır.
Gör, «Kəpəz»də neçə belə «birayaqlı» oyunçu var?
Azər Bağırov camallarla Gəncəni Premyer Liqada saxlaya bilirsə, klası bir qədər yüksək adlarla stəkanda fırtına qoparar, ciddi sözümdür.
MUSA