Birini yayda göndərmişdi, birini də indi göndərdi

12 Yanvar 2025 22:30 Kəpəz 1 037
Birini yayda göndərmişdi, birini də indi göndərdi

"Kəpəz" Mahir Həsənovu icarəyə verib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı müdafiəçi mövsümün sonuna kimi I Liqa təmsilçisi "Difai"də oynayacaq.

Gənclər yığmasına da dəvət alan Mahir Həsənovun "Kəpəz"lə müqaviləsi 2027-ci ilin iyununa qədərdir. O, bu mövsüm "Kəpəz"də 4 oyuna çıxıb.

Mahir Gəncə təmsilçisinin "Difai"yə göndərdiyi ikinci oyunçusudur. "Sarı-göylər"in sezonun başında Arzu Atakişiyevi də "fədailər"in sərəncamına göndərməsini yada salaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti