Avrokuboklara getmək üçün 50 min manatlıq hücumçu aldılar

9 Yanvar 09:40 Kəpəz 3 296
Avrokuboklara getmək üçün 50 min manatlıq hücumçu aldılar

"Kəpəz" Orxan Əliyevin transferi ilə bağlı “Turan Tovuz”la razılıq əldə edib.

Hücumçu karyerasını Tovuz komandasında davam etdirəcək.

29 yaşlı ön xətt oyunçusu ilə 2025-2026-cı illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan qərb təmsilçisinin rəhbərliyi eyni bölgədən olan həmkarlarına təzminat ödəyib. Belə ki, “Turan Tovuz” qarşı tərəfə 50 min manat verməyi üzərinə götürüb.

Orxan Əliyev hazırkı mövsümün əvvəlindən "Kəpəz"də forma geyinirdi. Premyer Liqada 15 matçda 4 qol vurub. Azərbaycan Kubokunda 1 görüşdə meydanda olub.

O, 2015-2016 və 2016-2017-ci illər mövsümündə də "sarı-göylər"in şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş