Azərbaycan yığmasının müdafiəçisi icarəyə verildi

7 Yanvar 2025 14:00 Kəpəz 2 394
Azərbaycan yığmasının müdafiəçisi icarəyə verildi

«Kəpəz» daha bir futbolçusunu eyni kluba icarəyə verib.

Mahir Həsənov mövsümün qalan hissəsini I Liqada keçirəcək.

Premyer Liqa təmsilçisi gənclərdən ibarət yığmanın da formasını geyinən müdafiəçini «Difai»nin ixtiyarına göndərib.

Gəncə komandasının mövsümün əvvəlində Arzu Atakişiyevi də «fədailər»in düşərgəsinə yollamasını xatırladaq.

Arxa xətt oyunçusu ilə bağlanmış icarə müqaviləsinin müddəti 1 ildir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!