COP29

“Demişik ki, üç-dörd ayın maaşını ödəyək, müqaviləni poz, razılaşmır”

5 Dekabr 2024 21:00 Kəpəz 3 233
“Demişik ki, üç-dörd ayın maaşını ödəyək, müqaviləni poz, razılaşmır”

"Kəpəz" Redon Mihana ilə yollarını ayırmaq üzrə olmasına dair xəbərlər yayılıb.

Bildirilir ki, Gəncə təmsilçisi 2 aydır əvəzedici heyətin sıralarında yer alan albaniyalı ilə razılaşma əldə elib.

"Kəpəz"lə mövsümün sonuna qədər müqaviləsi qüvvədə olsa da, yarımmüdafiəçi kontraktına xitam verilməsinə qarşı çıxmayıb. Qeyd olunur ki, «sarı-göylər» legionerə cəmi 1 ayın maaşı miqdarında təzminat ödəniləcək.

Lakin Azər Bağırov bu informasiyanı təsdiqləməyib.

Baş məşqçi Sportinfo.az-a açıqlamasında Mihana ilə anlaşmanın əldə olunmadığını bildirib:

«Bizə ona öz təklifimizi vermişik. Demişik ki, üç-dörd ayın maaşını ödəyək, müqaviləni poz.

O, heç bununla razılaşmır, qaldı bir ayın pulu. Mihana Premyer Liqada çıxış etməyə hazır deyil.

Çatışmazlıqları çoxdur. Mən hamısını özünə söyləmişəm.

Özü isə bu tezliklə Albaniyaya qayıtmaq istəmir. Deyir ki, mən qalıb özümü sübut edəcəm.

Onunla yaxınlarda bir daha söhbət etmək fikrim var. Görüm, bu dəfə mənə nə söyləyəcək».

Digər Xəbərlər
Xəbər Lenti