Premyer Liqa klubu bu qədər pul ödəməmişdi, onu da verdilər!

1 Dekabr 2024 22:55 Kəpəz 932
Premyer Liqa klubu bu qədər pul ödəməmişdi, onu da verdilər!

Premyer Liqanın 15-ci turu «Kəpəz»in üzünü güldürdü.

Gəncə təmsilçisi çətin Şamaxı səfərindən qələbəylə döndü.

Luis Paçunun ikinci hissədə vurduğu yeganə qol «sarı-göylər»ə 3 xal qazandırdı. Qonaqlar yalnız qalibiyyət əldə etmədi, eyni zamanda, maddi cəhətdən irəli düşdü.

Belə ki, klub rəhbərliyi əsas heyətdə meydana çıxan hər futbolçuya 1500 manat mükafat ödəyib. Bu isə rekorddur.

Mövüsümün geridə qalan hissəsində «Neftçi»ni 4:3, «Səbail»i 1:0 hesabıyla üstələyən «Kəpəz»də maksimum məbləğ 1000 manat olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada