Biri Türkiyədə, digəri burada

18 Noyabr 2024 16:40 Kəpəz 1 401
Biri Türkiyədə, digəri burada

Premyer Liqanın növbəti turunda «Araz-Naxçıvan»ı qəbul edəcək «Kəpəz» iki ciddi itki ilə üzləşib.

Komandanın müdafiəçisi İlkin Qırtımov və yarımmüdafiəçi Elmir Tağıyev üçün il erkən başa çatıb.

Hər iki oyunçu yaxın günlərdə əməliyyat olunacaq. Tağıyev bundan ötrü Türkiyəyə yollanacaqsa, Qırtımov Bakıda cərrah masasına qalxacaq.

Cütlük yalnız 2025-ci ilin əvvəlindən etibarən fərdi məşqlərə başlaya biləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!