Qayınatasının ölüm xəbərini aldı, "Qarabağ"ı gözləmədi, xanımıyla çıxıb getdi

17 Oktyabr 2024 09:40 Kəpəz 10 571
Qayınatasının ölüm xəbərini aldı, "Qarabağ"ı gözləmədi, xanımıyla çıxıb getdi

Sabah Premyer Liqada ikinci dövrəyə start veriləcək.

Onuncu turun açılış oyunu Tovuzda təşkil olunacaq.

Ev matçlarını qonşu rayonda keçirən «Kəpəz» burada «Qarabağ»la qarşılaşacaq.

Gəncə təmsilçisi çempionatın lideriylə görüşə kapitansız çıxacaq. Yeqor Xvalko «köhlən atlar»la dueldə iştirak etməyəcək.

Buna səbəb belaruslu legionerin qayınatasının dünyasını dəyişməsidir. Vəfat xəbərini alan müdafiəçi xanımı ilə birgə ölkəsinə yollanıb.

Cütlük yalnız oktyabrın 21-də Azərbaycana dönəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti