Gəncəlilər, axır ki, “Kəpəz”ə sahib çıxdı! - BU VİDEOYA DİQQƏT!

5 Oktyabr 2024 20:20 Kəpəz 3 041
Gəncəlilər, axır ki, “Kəpəz”ə sahib çıxdı! -  BU VİDEOYA DİQQƏT!

Turnir cədvəlinin “quyruğunda” yer alan “Kəpəz”lə “Neftçi” Tovuzda üz-üzə gəlib - 4:3.

Kifayət qədər maraqlı və bol qollu keçən oyunda nominal meydan sahibləri tribunalardan lazım olan dəstəyi alıb.

“Xəmsə” azarkeş qrupunun üzvlərinin fəallıq göstərdiyi tribunanın yan tərəfində Gəncədən Tovuza təşrif buyuran sıravi azarkeşlər yer alıb.

Gəncəlilər sevimli komandalarına dəstək verməklə yanaşı, “Neftçi”nin futbolçularını təzyiq altında saxlamağa çalışıblar.

Sevindirici haldır ki, cari mövsümdə ilk dəfə “Kəpəz”in futbolçuları və klub rəhbərliyi tribunalardan təzyiq görmür. Bu, heç də hesabda öndə olmağın yaratdığı ruh yüksəkliyi deyil.

Halbuki, bakılılar oyunun ilk dəqiqələrində hesabı açmışdı və növbəti qol axtarışlarını davam etdirirdi. “Kəpəz”in hesabda geri olduğu anlarda da tribunalardan “istefa” səsləri yox, dəstək şüarları eşidilirdi.

Görünür, fanatlar gec da olsa, komandanı təzyiq altında saxlamağın çıxış yolu olmadığını anlayıblar. Ya da Azər Bağırovun gəlişindən sonra edilən ardıcıl transferlər onlarda gələcək adına ümid yaradıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da