COP29

Qanalı legioner "Kəpəz"ə lazım olacaqmı?

17 İyun 21:15 Kəpəz 932
Qanalı legioner "Kəpəz"ə lazım olacaqmı?

Uğursuz mövsüm keçirən "İmişli"dən ayrılacaq oyunçular sırasında Ezekiel Morqan da yer alıb.

Amma qanalı yarımmüdafiəçinin karyerasını ölkəmizdə davam etdirmək şansı yüksəkdir.

23 yaşlı legioner "Kəpəz"ə məxsusdur.

Onunla bölgə klubu ötən ilin sentyabrında 2+1 illik müqavilə bağlayıb.

Durumu məşqçilər korpusunu razı salmadığı üçün qanalı Birinci Liqa təmsilçisinə icarəyə verilmişdi.

Afrikalı legioner məxsus olduğu kluba qayıdacaq.

Amma baş məşqçi Adil Şükürovun sınağından keçmək lazım gələcək.

Çalışdırıcı bəyənəcəyi halda yarımmüdafiəçiyə yüksək liqada çıxış etmək müəssər olacaq.

Əks halda orta sahə oyunçusunun yenidən icarəyə verilmək variantına baxılacaq.

Morqan daha əvvəl vətənində "Tudu Mayti Gets"in formasını geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti