Şükürovun "Qarabağ" önündə fiasko ilə bitən CƏSARƏTİ

3 Aprel 23:00 Kəpəz 955
Şükürovun "Qarabağ" önündə fiasko ilə bitən CƏSARƏTİ

Bu gün Azərbaycanda "Qarabağ"a tən gələcək klub yoxdur.

Bu, futbolumuzun acı reallığıdır.

Rəqabətsizliyin aşkar etirafıdır.

Amma bununla barışmaq istəməyənlər də yox deyil.

Məsələn, "Kəpəz"in baş məşqçisi Adil Şükürov kimi.

Ehtimal etmək olardı ki, Ağdam təmsilçisinə qarşı onun komandası müdafiədən çıxış edəcək.

Maksimum az qol buraxmağa hesablanan futbol nümayiş etdirəcək.

Lakin belə olmadı. Qərb təmsilçisi ilk dəqiqələrdə üzləşdiyi təzyiqi qısa müddətdə üzərindən ata bildi.

Nominal meydan sahibləri tədricən epizodlar yaratmağa, meydanda "biz də varıq" - deməyə də imkan tapdılar.

Hətta oyunun 52-ci dəqiqəsinə kimi "Kəpəz"in güclü rəqibindən heç də geri qalmadığını demək olardı.

Şükürovun yetirmələri buna kimi yalnız Julio Romaonun 21-ci dəqiqədəki usta vuruşuna mane ola bilməmişdi.

Lunyov isə ən azı 3 epizodda gəncəli futbolçuların qola sevinməsinə imkan verməmişdi. Qısası, 52 dəqiqə yetirmələri Şükürovun cəsarətinin meydandakı əyani təcəssümü idi.

Elə nə oldusa da 52-ci dəqiqədən sonra oldu.

17 dəqiqə ərzində "Qarabağ"ın yığdığı sürət qarşısında mat qalan "Kəpəz"in futbolçuları ayılanda hesab 0:5 idi.

Bəli, “Qarabağ”a cəmi 17 dəqiqə bəs etdi ki, nominal meydan sahiblərinə həqiqətləri başa salsın.

Ki, sizin üçün bizimlə belə açıq futbol oynamaq çox tezdir. Hətta mümkünsüzdür. Cəhd etmək isə intihara bərabərdir. Hakimin final fitindən sonra tablonun göstərdiyi mənzərə də (1:6) bunu əyani sübutdur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU