Klubun "№1" adamı: "Bzə Allahdan başqa kömək edən yoxdur"

26 Fevral 14:00 Kəpəz 3 406
Klubun "№1" adamı: "Bzə Allahdan başqa kömək edən yoxdur"

«Hər futbolçuya bu qədər pul verməyiimiz barədə yayılan xəbərlər əsassızdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Gəncə təmsilçisi Premyer Liqanın 24-cü turunda «Qəbələ» ilə qarşılaşdı və 2:1 hesablı qələbə qazandı. «Sarı-göylər» bu qalibiyyət sayəsində turnir cədvəlində son pillədən xeyli uzaqlaşdı.

Artıq «Qəbələ» ilə onlar arasında xal fərqi 8-dir. Yayılan xəbərlərə görə, «Kəpəz» rəhbərliyi futbolçuların hər birinə 2000 manat mükafat verib.

Nadiri isə bu məbləğin şişirdildiyini bildirib:

«Mükafat olmağına olacaq. Amma o qədər yox…

Vallah, bizim futbolçular ondan qat-qat artığına layiqdir. Bu komanda çox böyük çətinliklərlə çempionatda mübarizə aparır.

Mən də istərdim ki, onlara böyük məbləğdə mükafatlar verim. Gücüm çatmır. Bizə Allahdan başqa kömək edən yoxdur.

Nə ediriksə, daxili imkanlarımız hesabına edirik. Futbolçular da sağ olsun, bizi başa düşürlər».

Digər Xəbərlər
Xəbər Lenti