“Onun bizdən istədikləri var, vaxtımız çatsaydı...”

8 Dekabr 2023 17:20 Kəpəz 637
“Onun bizdən istədikləri var, vaxtımız çatsaydı...”

“Gəzdikcə Gəncədə çox şeyi kəşf edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Kəpəz”in legioneri İqor Rodriges klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Portuqaliyalı qapıçı Gəncə barədə müsbət fikirlər səsləndirib: “Gəncəni çox bəyənirəm, gözəl şəhərdir. Buradakı tarixi yerlər xoşuma gəlir. İnsanlar da qonaqpərvərdirlər”.

28 yaşlı qolkiper oktyabrda qoşulduğu “Kəpəz”ə uyğunlaşma mərhələsində olduğunu bildirib:

“Yeni baş məşqçimizin futbol fəlsəfəsini başa düşməyə çalışırıq. Onun bizdən istədikləri var.

Tələbləri yerinə yetirməkdən ötrü üzərimizdə işləyirik. Buna görə də müəyyən vaxt lazımdır.

Kollektivə yavaş-yavaş uyğunlaşıram. Əlimdən gələnin ən yaxşısını etməyə səy göstərirəm.

Komandanın bir üzvü olaraq hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxıram”.

İqor Rodriges digər kollektiv idman növlərinə də maraq göstərdiyini vurğulayıb:

“İdmanı çox sevirəm. Təkcə futbolla maraqlanmıram. Gəncədə yerli basketbol komandasının oyununa getmişəm.

Voleybola getmək imkanım olmayıb. Vaxtım çatsaydı, bütün görüşlərdə azarkeş kimi tribunada yer almaq istərdim”.

İqor Rodriges bu mövsüm Premyer Liqada 4 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?