
Kəpəz” millilərin oyunları ilə bağlı çempionatda yaranmış fasilə ərəfəsində “Neftçi”ylə səfər qarşılaşmasında heç-heçəyə nail oldu – 2:2.
Qeydə alınan nəticə hər nə qədər ürəkaçan olsa da, gəncəlilərin könlü heç də şad deyil.
Buna səbəb klub və komanda üzvlərinin fevral ayı üçün nəzərdə tutulmuş maaşa sahib ola bilməməsidir.
Qarşıdan Novruz bayramı gəlir, “Kəpəz”də çalışanlar evə pulla getmək istəyir, di gəl, məvaciblərdən xəbər-ətər yoxdur.
“Neftçi”ylə oyun günü maaşların bayramdan sonra veriləcəyi bildirib. Bu isə düşərgədə haqlı narazılığa səbəb olub.
Problemin kimdən və hardan qaynaqlandığı məlum deyil.
HƏBİB / SPORTİNFO.AZ