“Qələbəni əlimizdən aldılar” – Legioner müdafiəçi “OD PÜSKÜRDÜ”

11 Mart 2023 19:00 Kəpəz 1 499
“Qələbəni əlimizdən aldılar” – Legioner müdafiəçi “OD PÜSKÜRDÜ”

“Bu gün isti havada və yumşaq qazonda oynadıq.

Amma eybi yox, şərtlər hər iki tərəf üçün eyni idi.

Qələbə qazanmaq üçün son saniyələrə qədər mübarizə apardıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Gəncədə keçirilən “Kəpəz” – “Zirə” qarşılaşması haqda danışan meydan sahiblərinin belaruslu müdafiəçisi Yeqor Xvalko deyib.

İlk hissədə hesabı açan və son dəqiqələrə qədər hesabda öndə olan qərb təmsilçisi 82-ci dəqiqədə penaltidən buraxılan qol hesabına 3 xalı əldən verdi.

Baş hakim Kamranbəy Rəhimov qətiyyətlə “nöqtə”ni göstərsə də, epizodun təkrarında qayda pozuntusunun olmadığı aşkar görünür.

Xvalko əldən çıxan 2 xalla bağlı bunları deyib:

“Biz qələbəni haqq etdik. Sadəcə, qələbəni əlimizdən aldılar. Konkret ad çəkmək istəmirəm. Anlayanlar anlayacaq.

Həmin an epizodu dəqiq görə bilmədim. Çünki zərbənin qarşısını almaq üçün əyilmişdim.

Oyundan sonra videotəkrara baxanda gördük ki, rəqib futbolçunun ayağı qazona çırpıldığı üçün yıxılır.

Belədirsə, VAR nə üçündür? “Sabah”la oyunumuzda referi VAR-a baxmağa gərək duymur, amma qırmızı vərəqə zamnı gedib baxır.

Bu gün də həmin şey. Qapımıza penalti təyin edir, amma epizodun təkrarına baxmır”.

“Kəpəz” – “Zirə” matçı 1:1 hesabı ilə başa çatıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı