Tərlan Əhmədovun əlinə su tökəcək

30 Noyabr 2022 17:40 Kəpəz 763
Tərlan Əhmədovun əlinə su tökəcək

«Kəpəz» mövsümün əvvəlindəki «Kəpəz» deyil.

O yerdən uzaqlaşıb. Həm oyun, həm nəticə, həm də turnir cədvəli baxımından.

Tərlan Əhmədovun gəlişindən çox, Yaşar Vahabzadənin gedişi gəncəllilərə müsbət təsir göstərib. Bu ayrılığın yaratdığı şadyanalıq komandanın bütün üzvlərinin simasından oxunur.

Yeni baş məşqçi çox şeyi dəyişməyib, heyət həmin heyətdir. Dəyişən istəkdir.

Öncə məğlub olmaq üçün meydana çıxırdılar. Ta paltardəyişmə otağını hesabda 0:1 tərk etmirlər.

Premyer Liqada qalmaq mücadiləsi verənlər arasında «Kəpəz» bir qədər fərqlənir.

Şamaxıdan gətirilən 1 xal mövsümün sonunda Tərlan Əhmədovun əlinə sərin su tökəcək. Hə, onadək idarəçilərlə və futbolçularla arasını nizamlaya bilsə.

«Kəpəz» Şamaxıda iki fərqli hissə keçirdi. Fasiləyədək üstün təsir bağışladılar,

ikinci hissədə bu inseativi təhvil verdilər. Qol vəziyyətləri yaratmağa çətinlik çəkmədilər, eyni zamanda, ev sahiblərinə də o fürsətləri verdilər.

Zona pressinqi və basqının altından çıxmağa zorluq çəkdilər. Şansları gətirdi.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti