«Kəpəz»in növbəti transfer hədəfi bilinib.
Məqsədi Premyer Liqada yerini qorumaq olan Gəncə təmsilçisi Rövlan Muradovu sıralarına qatmaq iddiasındadır.
Baş məşqçi Azər Bağırov şəxsən onunla əlaqə saxlayaraq, 5 aylıq icarəyə götürmək istədiklərini bildirib. Çalışdırıcı yarımmüdafiəçiyə söz verib ki, təklifi qəbul edərsə, daim əsas heyətdə şans qazanacaq.
«Qəbələ»nin yetirməsi bu mövsümdən «Zirə»nin şərəfini qoruyur. O, ötən ilin yayında «qartallar»la 2 illik müqavilə imzalayıb.
Bura «Sumqayıt»dan gəlmiş 27 yaşlı orta sahə oyunçusu hələlik əsas heyətdə möhkəmlənə bilməyib. Rəşad Sadıqovun etimadını qazanmağa çətinlik çəkən Muradov vaxtının çoxunu ehtiyat skamyada keçirir.
SPORTİNFO.AZ

