“Yaxından tanıdıqlarım bəzən yazırlar, soruşurlar, maraqlanırlar”

09:40 Kəpəz 1 265
“Yaxından tanıdıqlarım bəzən yazırlar, soruşurlar, maraqlanırlar”

“Yaxından tanıdıqlarım var ki, bəzən sosial şəbəkədə yazırlar, soruşurlar, maraqlanırlar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in sabiq kapitanı Yeqor Xvalko deyib.

Hazırda legioner həyatını Qazaxıstanda davam etdirən belaruslu gəncəli azarkeşlərin sevimlisi olduğunu söyləyib.

O, fanatlarla əlaqələrinin qaldığnı bildirib: “Kəpəz”in veteran futbolçusu var, o da hərdən zəng edir.

Açığı, komandadan təzə gedən vaxtda daha çox əlaqəmiz olurdu. İndi bir az azalıb”.

Ötən 3 ildə Gəncə təmsilçisinin formasını geyinmiş 29 yaşlı mərkəz müdafiəçisi 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub.

O, Azərbaycanı tərk edəndən sonra “Tobol”la anlaşdı ki, burada ölkə kubokunun qalibi, Premyer Liqanın bürünc medal mükafatçısı oldu.

Lakin bu ilin fevralından “Atırau”nun uğurları üçün tər tökür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti