“Karantindəki şəraiti gördükdən sonra evə gəlmək istəmirdim”

21 Aprel 2020 19:15 Karate 673
“Karantindəki şəraiti gördükdən sonra evə gəlmək istəmirdim”

"İdman gimnastları olan iki oğlumun məşq etməsi üçün getdiyim Rusiyadan qayıdanda karantinə alınmışdım. 10 gündür ki, evdəyəm”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.zz-a açıqlamasında karate üzrə sabiq Azərbaycan çempionu İlyas Xəlilov deyib.

O bildirib ki, karantin vaxtı yaradılan şəraitdən çox razı qalıb: “Ora uşaqların da xoşuna gəldi. Ailəlikcə dövlət başçısına təşəkkür edirik. Karantinə alınanlar üçün çox gözəl şərait qurulub.

Orada bizim qulluğumuzda dayanan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına və tibb işçilərinə də təşəkkürümüzü bildirmək istərdim. Açığı, o şəraiti gördükdən sonra adam evə gəlmək istəmirdi”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!