Gürcüstanda 6 medal qazandılar - Qitə birinciliyində

03:40 Karate 74
Gürcüstanda 6 medal qazandılar - Qitə birinciliyində

Azərbaycanın fullkontakt şinkyokuşin üslubu üzrə karate millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatını 6 medalla başa vurub.

Sportinfo.az xəbər verir ki, qitə birinciliyində AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında 24 idmançı (13 böyüklər və 11 gənclər), 5 hakim və 6 məşqçi ilə yer alıb.

Böyüklər arasında Əliqismət Həsənov (70 kq) gümüş medal qazanıb. Səlahət Həsənov (80 kq) və Solmaz Zeynallı (59 kq) isə bürünc medala sahib olublar.

Gənclər arasında Zamin Fərəcov (75 kq) Avropa çempionu olub. Nihat İmanov (65 kq) və Elmir Cəbrayılov (75 kq) isə gümüş mükafata yiyələniblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti