Mədinə tarixi Avropa çempionluğu əldə etdi - Böyüklər arasında

24 May 03:20 Karate 410
Mədinə tarixi Avropa çempionluğu əldə etdi - Böyüklər arasında

Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasından bildirildiyinə görə, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da, Mədinə Sadıqova Azərbaycanın karate tarixində böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 09:00 Bu da növbəti transfer