“Milan” İbrahimoviçlə müqaviləni daha 1 il uzadır

18 Noyabr 2020 01:20 İtaliya 355
“Milan” İbrahimoviçlə müqaviləni daha 1 il uzadır

“Milan” futbolçusu Zlatan İbrahimoviçlə müqaviləsini yeniləmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, İtaliya klubu 39 yaşlı hücumçunun sözləşməsini daha 1 il- 2022-ci ilin yayınadək uzatmağı planlaşdırır.

İbrahimoviç isə komandanın Çempionlar Liqasına düşə biləcəyindən əmindir. Buna görə də o, klubda qalmağa hazırdır.

İsveçli oyunçunun hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq.

İbrahimoviç bu mövsüm A Seriyasında 5-matça çıxıb və 8 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"